Dünya

ABŞ Milli Təhlükəsizlik Strategiyası: Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur

  • 18 Dec 2017
  • 267 baxış

Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən bazar ertəsi elan edilən ABŞ Milli Təhlükəsizlik Strategiyasının yeni redaktəsində bildirilib.

"Çin və Rusiya Amerikanın gücü, nüfuzu və maraqlarına meydan oxuyaraq, Amerikanın təhlükəsizliyini və rifahını dağıtmağa çalışırlar. Rusiya ABŞ-ın Avropaya bağlılığına etimad səviyyəsini azaltmaq, transatlantika birliyini pozmaq və Avropa qurumlarını və hökumətlərini zəiflətmək üçün təxribat tədbirlərindən istifadə edir".

>

Yenilənmiş strategiyanın müəllifləri Rusiyanı Gürcüstan və Ukraynaya müdaxilədə ittiham ediblər: "Beləliklə, Rusiya region ölkələrinin suverenliyini pozmağa hazırdır və qonşu ölkələri hədələyici davranışları ilə qorxutmağa davam edir. ABŞ və Avropa birlikdə Rusiyanın dağıdıcı fəaliyyətlərinə və təcavüzünə, Şimali Koreyanın və İranın təhdidlərinə qarşı çıxacaqlar".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR