idman
Şvaynştayger Bundesliqaya qayıda bilər
"Çikaqo Fire" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger yenidən Bundesliqaya qayıda bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bir neçə alman klubundan təklif alıb. Onun "Çikaqo" ilə cari müqaviləsi 2017-ci il 31 dekabra kimi nəzərdə tutulub.
Onun məvacibi 4.5 milyon dollardır. Şvaynştayger uzun müddət "Bayern Münhen"in şərəfini qoruyub. O, Bundesliqanın 8 qat, Almaniya kubokunun 7 qat qalibidir.
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR