Dünya

Koalisiya İŞİD liderinin ələ keçirilməsi xəbərini təkzib etdi

  • 18 Dec 2017
  • 266 baxış

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi xəbərini təkzib edib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə koalisiya nümayəndəsi bildirib.

"Təəssüf ki, bu xəbərlər həqiqətə uyğun deyil", deyə nümayəndə qeyd edib. Onun sözlərinə görə, koalisiya Əbu Bəkr əl-Bağdadinin harada olmasından xəbərsizdir.

>

Qeyd edək ki, bundan əvvəl Türkiyənin "Yeni Şafak" qəzeti əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini və Suriyanın şimalındakı hərbi bazada saxlanıldığı barədə məlumat yayıb.  

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR