idman

"Qalatasaray" İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək - YENİLƏNİB

  • 18 Dec 2017
  • 265 baxış

19:37

"Qalatasaray"ın baş məşqçisi İqor Tudorun istefaya göndərilməsindən sonra klub rəhbərliyində anlaşmazlıq yaranıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisi kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Bunun nəticəsində klubun idarə heyəti növbədənkənar iclas çağırmağa qərar verib.

İclasda klub prezidentliyinə erkən seçimlər də olacaq. Toplantı növbəti ilin yanvar ayının 13-də keçiriləcək. Əgər seçkilərin ilk turunda böyük üstünlük əldə olunmasa, ikinci tur yanvarın 20-də baş tutacaq.

Qeyd edək ki, "Qalatasaray" İqor Tudorun rəhbərliyi altında meydana çıxdığı 14 oyunda 8 qələbə, 1 bərabərlik və 5 məğlubiyyət alıb. 

----------

>

13:35

"Qalatasaray" rəhbərliyi baş məşqçi İqor Tüdorla yolları ayırmağa qərar verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qərar bu gün rəsmən açıqlanacaq.

"Cim-bom" Tüdora 400 min avro təzminat ödəyəcək. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR