İrqçi adlandırıldığı üçün paylaşımını sildi: "Qara dərili yoldaşların sənə nə deyəcək?" - FOTO
"Atletiko Madrid" və Fransa yığma komandasının ulduzu Antuan Qrizman Twitter-də paylaşdığı şəkilə görə tənqidlərə məruz qalıb.
XalqTV.com xəbər verir ki, futbolçu "Harlem Qlobtrotters"in (red. amerikan şou komandası) balketbolçusu kimi geyinib, parik taxıb və bədənini tünd rəngə boyayaraq şəklini sosial şəbəkədə yayıb.
Lakin Qrizman fotonu paylaşmağına peşman olub. Şəkili paylaşdığı andan etibarən tənqid atəşinə tutulub. Oyunçu geyindiyi "kostyum"a görə irqçi adlandırılıb. Hətta bəzi azarkeşlər ona "Milli komandaya getdiyində qara dərili yoldaşların sənə nə deyəcək?" sualını verib.
Yaranan gərginliyi aradan qaldırmağa çalışan futbolçu başqa bir tweet-ində bu sözləri yazıb:
>
"Sakitləşin, dostlar! Mən "Harlem Qlobtrotters"in və onların əfsanəvi dövrünün azarkeşiyəm. Bu hörmətdir".
Bu paylaşımdan sonra isə izləyiciləri Qrizmanı daha çox tənqid etməyə başlayıblar. Bu səbəbdən ulduz oyunçu hər iki tweet-i silməyə məcbur qalıb. Daha sonra isə "Qəbul edirəm ki, səhv etmişəm. Kimisə incitmişəmsə, hər birindən üzr istəyirəm" paylaşımını edib.
Je reconnais que c'est maladroit de ma part. Si j'ai blessé certaines personnes je m'en excuse.
- Antoine Griezmann (@AntoGriezmann) December 17, 2017
Adil Nəcəfov
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində