idman

Rauf Əliyevin komandasından əzmkar qələbə

  • 18 Dec 2017
  • 267 baxış

Albaniya Super Liqasında XV tura yekun vurulub. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın hücumçusu Rauf Əliyevin çıxış etdiyi "Kukesi" də növbəti oyununu keçirib.

Sözügedən komanda səfərdə "Teuta" ilə qarşılaşıb. Matçın gedişində hesabda geri düşən "Kukesi" sonradan iki qol vuraraq səfər qələbəsi qazanıb.

>

Qeyd edək ki, geridə qalan 15 oyundan sonra aktivində 25 xal olan "Kukesi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR