idman
"Qalatasaray"a növbəti Haci gəlir?
Türkiyə Superliqasında 21-ci çempionluğu hədəfləyən "Qalatasaray" Yunes Belhandaya alterativ axtarır. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu baxımdan gündəmə George Hacinin oğlu Yanis gəlib. 19 yaşlı futbolçunun "Cim bom" üçün ən böyük üstünlüyü isə İstanbulda dünyaya gəlməsinə görə Türkiyə vətəndaşlığına malik olmasıdır. O, atasının "Qalatasaray"da oynadığı dönəmdə doğulmuşdu. Haci 1996-2001-ci illərdə "saır qırmızılar"ın şərəfini qorumuş və karyerasını da məhz bu klubda başa vurmuşdu.
Yanis Haci 2016-cı ildə "Vitorul"dan "Fiorentina"ya transfer olunmuş, amma yetəri qədər oynamaq imkanı qazanmamışdı.
XalqTV.com
>RƏYLƏR