idman
Nabilin arzusu İspaniyada oynamaqdır
"Lion"un yarımmüdafiəçisi Nabil Fekir Fransanın "TF1" kanalına açıqlama verib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı havbek bunları deyib:
"Barselona"nın maraq göstərməsi məni həyəcanlandırır. Amma ortada konkret heç nə yoxdur. Özümü "Lion"da yaxşı hiss edirəm. Arzuladığım klub? Klub deyil, İspaniya çempionatını arzulayıram. Orda böyük klublar var: "Real", "Barselona", "Atletiko" kimi. İngiltərə də həmçinin. "Mançester Yunayted", "Mançester Siti", "Arsenal" bura daxildir.
>Futbola gələcəyi görmək qeyri-mümkündür. "Lion"la hələ 2 il müqaviləm var".
XalqTV.com
RƏYLƏR