idman

Maradona "Real"ın prezidentinə nə tövsiyə edib?

  • 16 Dec 2017
  • 279 baxış

Argentina futbolunun əfsanəsi Dieqo Maradona Kilian Mbappe barədə danışıb.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Maradona Mbappenin yayda "Real"a keçməli olduğunu deyib. O, bu barədə "Real"ın prezidenti Florentino Peresə tövsiyə verdiyini, ancaq futbolçunun niyə transferinin reallaşmamasını anlamadığını bildirib:

"Peres Mbappeni niyə transfer etmədi? Mən ona tövsiyə etmişdim ki, bunu etsin. Bəli, bununla bağlı Pereslə FİFA-nın mənzil-qərərgahında olarkən söhbət etmişdik".

>

Mbappe yayda icarə əsasında PSJ-yə keçib. Paris klubu gələn ilin yayında onun transfer hüququnu alacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR