Dünya

Rusiyada azərbaycanlı qardaşını ov tüfəngi ilə öldürdü

  • 16 Dec 2017
  • 277 baxış

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

XalqTV.com-ın APA-ya istinadən Sank-Peterburqun yerli mətbuat orqanına istinadən verdiyi xəbərə görə, hadisə 14 dekabr tarixində baş verib.

Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.

>

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR