idman

"Qarabağ"ın qapıçısının "elçi"ləri artır

  • 16 Dec 2017
  • 264 baxış

Çempionlar Liqasında uğurlu oyun sərgiləyən və qrup mərhələsində ən çox qurtarış edən qapıçı olan (35 dəfə) İbrahim Şehiç performansı ilə bir neçə xarici klubun diqqətini cəlb edib.

XalqTV.com xəbər verir ki, Almaniya, İtaliya, Türkiyə və ərəb təmsilçilər "Qarabağ"ın qapıçısı ilə maraqlanmağa başlayıb.

İddialara görə, artıq menecerlər arasında ilkin danışıqlar da olub. İ.Şehiçin "Qarabağ"la müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

>

Qeyd edək ki, "Transfermarkt" bosniya və hersoqovinalı qapıçıya 800 min avro qiymət qoyub.(publika.az)

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR