Dünya
Toyları bu tarixdə olacaq - FOTO
Uzun müddətdir Böyük Britaniya şahzadəsi Harri ilə eşq yaşayan aktrisa Meqan Markl kral sarayına gəlin gedəcəyi tarix məlum olub.
XalqTV.com axşam.az-a istinadən bildirir ki, toy 2018-ci ilin mayın 19-da "Uindsor" sarayında keçiriləcək.
>Qeyd edək ki, Meqan da şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton kimi əsilzadə nəslindən deyil. O, ağdərili ata ilə afrikaəsilli ananın qızıdır, Kanadada böyüyüb. Meqan saraya gəlin gələn ilk evlənib-boşanmış qadın olacaq. Belə ki, o, 2011-2013-cü illərdə Traver Engelsonla ailəli olub.
XalqTV.com
RƏYLƏR