Dünya
Ərdoğan Trampın Qüds qərarının ləğvi üçün atılacaq addımı açıqladı
Türkiyə Donald Trampın Qüdslə bağlı qərarının dəyişməsi üçün əlindən gələni edəcək.
XalqTV.com Trend-ə istinadən xəbər veirr ki, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.
R.T.Ərdoğan qərarın ləğvi üçün atılacaq addımı da açıqlayıb. Türkiyəli lider bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.
R.T.Ərdoğan: "Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuzdur və biz inanırıq ki, ABŞ bu qərarı dəyişəcək".
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR