Dünya

Ərdoğanın sözçüsü: "İƏT-in sammiti ABŞ-ın Qüdslə bağlı qərarına cavab deyil"

  • 15 Dec 2017
  • 283 baxış

İstanbulda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması barədə qərarın qəbul edildiyi İslam Əməkdaşlıq Təşkilatının sammitinə ABŞ-ın Qüdslə bağlı qərarına cavab qismində baxmaq lazım deyil.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O qeyd edib ki, əksər müsəlman ölkələri, o cümlədən Türkiyə Şərqi Qüdsü Fələstinin paytaxtı olduğunu qəbul edir: "Şərqi Qüdsdə Türkiyə konsulluğu da fəaliyyət göstərir".

Xatırladaq ki, dekabrın 13-də İstanbulda İƏT-in Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR