idman

Riberi rekorda imza atıb

  • 15 Dec 2017
  • 257 baxış

Bundesliqa çərçivəsində "Köln" ilə oyun "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Frank Riberi üçün əlamətdar olub.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu görüş 34 yaşlı fransalı futbolçunun Münxen təmsilçisinin heyətində 366-cı oyun olub. Riberi bu göstərici ilə legionerlər arasında rekorda imza atıb.

>

Daha əvvəl rekord Hasan Salihamiciçə məxsus idi. Futbolçu Almaniya klubunun heyətində 365 oyunda meydana çıxıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR