"Liverpul" və "Mançester Siti" holland müdafiəçinin transferinə çalışır
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola rəhbərlikdən yanvarda daha bir mərkəz müdafiəçisi transfer etməyi istəyib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, klub üçün prioritet Virqil Van Deykın transferidir. "Southampton"un müdafiəçisi uzun zamandır "Liverpul"un da maraq dairəsindədir.
Holland futbolçu ötən yay Mersesayd klubunun təklifini qəbul etsə də, "müqəddəslər" onu buraxmamışdı. "Southampton" qarşı tərəfin Van Deykla gizli danışıqlar aparmasını pisləyən bəyanat da yaymışdı.
"Siti" üçün ehtiyat variant isə "Real Sosedad"ın şərəfini qoruyan İniqo Martinezdir. Qvardiola və köməkçiləri hesab edir ki, bask müdafiəçi komandanın oyun üslubuna uyğun gəlir. Martinezin qiyməti də nisbətən ucuzdur.
>Müqavilədə onun buraxılış qiyməti 32 milyon avro göstərilib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində