idman

"Borussiya" Obameyanqla bağlı qərarını verdi

  • 15 Dec 2017
  • 275 baxış

"Borussiya Dortmund" Pyer-Emerik Obameyanqı qarşıdakı qış transfer pəncərəsində satmayacaq.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi mövsümün ikinci yarısında qabonlu forvardın komandaya fayda verməkdə davam edəcəyinə bel bağlayır.

Obameyanqın 2017-ci ilin yanvarında "Real Madrid"ə keçmək variantı meydana çıxsa da, "Borussiya" buna imkan verməmişdi.

Daha sonra Almaniya mətbuatının yaydığı məlumatda futbolçunun rəhbərliyi "Real"la danışıqlar aparmağa razı saldığı deyilirdi.

>

Eyni zamanda PSJ-nin də maraq dairəsində olan 28 yaşlı hücumçu kluba yeni idman direktoru Antero Enrikenin təyinatından sonra bu variantı da silməli olmuşdu.

Bir neçə gün öncə "Everton"un 28 yaşlı hücumçunun transferinə 60 milyon avro ödəməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR