Dünya

Türkiyə Somaliyə dəstək verməyə davam edəcək

  • 14 Dec 2017
  • 254 baxış

Türkiyə Somalinin paytaxtı Moqadişoda polis akademiyasında törədilən terror aktını pisləyir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin XİN-in bəyanatında bildrilir.

"Sabitlik və təhlükəsizliyin pozulmasına yönəlmiş terror aktını qəti şəkildə pisləyirik. Ölənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Türkiyə terrorizmlə mübarizədə Somali xalqı və hökumətinə, həmçinin bu məsələ üzrə beynəlxalq səylərə dəstək verməyə davam edəcək", deyə bəyanatda bildirlir.

Xatırladaq ki, bu gün Somalidə polis akademiyasının yaxınlığında baş verən partlayış nəticəsində 17 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb. Terror aktına görə məsuliyyəti üzərinə "Əş-Şəbab" terror qruplaşması götürüb.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR