idman
"Barselona"nın hücumçusu Bundesliqanın mükafatını qazandı
Ötən yay "Borussiya Dortmund"dan "Barselona"ya transfer olunan Usman Dembele 2016/17 mövsümündə Bundesliqada debüt edən ən yaxşı futbolçu seçilib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalon klubu 20 yaşlı forvarda mükafatın təqdim olunmasının videosunu rəsmi saytında yerləşdirib.
Bundesliqanın ən yaxşı gənc futbolçusu da seçilən fransalı hücumçu turnirim rəmzi yığmasına da daxil edilib.
>Dembele "Borussiya"nın heyətində 50 oyuna çıxıb. 10 qol vuran forvard 22 məhsuldar ötürmənin də müəllifi olub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR