Müsavat rəhbərliyi Elman Fəttahın istefasına münasibət bildirdi - YENİLƏNİB
13:24
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı başqan müavini Elman Fəttahın istefasına münasibət bildirib.
XalqTV.com bildirir ki, G.Aslanlı APA-ya açıqlamasında Müsavat Partiyasında fikir ayrılığının normal olduğunu deyib: "Burda fikir ayrılığı ola bilər, çünki demokratik partiyadır. Partiyada qərarlar müzakirə yolu ilə qəbul edilir. Ancaq bununla yanaşı, demək olmaz ki, partiyanın idarə edilməsində istefaya səbəb ola biləcək ciddi fikir ayrılığı var".
G. Aslanlı qeyd edib ki, E. Fəttah istefa ərizəsini təqdim etmədiyindən onun istefa verməsinin səbəbləri barədə məlumatsızdır.
Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarə edilməsində yaranan fikir ayrılığı ilə əsaslandırıb.
----------
12:23
Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib.
MilliAz xəbər verir ki, E.Fəttah APA-ya açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub.
E. Fəttah yalnız vəzifəsindən istefa verdiyini və partiyada fəaliyyətini davam etdirdiyini söyləyib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində