idman
Messi: "Ümid edirəm, futbol mənə olan borcunu ödəyər"
"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi yığmanın baş məşqçisi Xorxe Sampaolinin "futbol Messiyə dünya kuboku borcludu" sözlərinə münasibət bildirib.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Leo yerli mətbuata açıqlamasında futbolun ona olan borcunu ödəyəcəyinə ümid etdiyini deyib:
"Hə, bunu eşitmişəm. Mənə də dedi. Ümid edirəm, futbol sonda mənə olan borcunu ödəyər. Rusiyaya getməmək həm mənim, həm də komanda üçün böyük zərbə olardı. Bunu necə qəbul edərdim, bilmirəm".
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR