idman
Ronaldu və Beyl "Real"ı finala daşıdı
Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, "Real" ikinci yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cazira" klubunu 2:1 hesabı ilə məğlub edib.
>Madridlilərin heyətində qolları Kriştianu Ronaldu (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).
Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaqlar.
XalqTV.com
RƏYLƏR