Siyasət

Avropa Parlamenti Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul etdi

  • 14 Dec 2017
  • 353 baxış

Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnaməni" qəbul edib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir.

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib (408 lehinə, 132 əleyhinə).

Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR