idman

Təcrübəli futbolçu katalon klubundan gedir

  • 22 May 2017
  • 243 baxış

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyes özünə yeni klub axtarmalı olacaq.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Espanyol" 33 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırıb. Katalonlar bu barədə klubun rəsmi saytında məlumat yayıb. Reyes müqaviləsini avtomatik yeniləmək üçün lazımi performans göstərə bilməyib. O, Primeranın 21 oyununda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR