idman
"Daha 2 il "Toronto"da qalmaq istəyirəm"
İtaliyalı hücumçu Sebastyan Covinkonun şərəfini qoruduğu "Toronto" MLS-in pley-off finalında "Siyetl Saunders"ə 2:0 hesabıyla qalib gələrək tarixində ilk dəfə turnirin qalibi olub. 2006-cı ildən yaranan "Toronto", həm də MLS-in qalibi olan ilk Kanada klubudur.
XalqTV.com goal.az-a istinad xəbər verir ki, 30 yaşlı Covinko komandasının uğuru barədə danışarkən bunları qeyd edib:
"Komanda, azarkeşlər və şəhərin sevinməsinə şadam. Klubla daha 2 il müqaviləm var. Burda qalmaq istərdim. CONCACAF Çempionlar Liqası "Toronto"nun gücünü görmək üçün yaxşı sınaqdır. Həmin turnirdə oynamağı səbirsizliklə gözləyirəm. Daha çox titullar qazanmaq istəyirəm".
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR