Dünya
Çində yanğın nəticəsində 5 nəfər həlak olub
Çinin paytaxtı Pekində yaşayış evində baş verən yanğında 5 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, hadisəyə səbəb elektrik velosipedin alışması olub.
>Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini xilas edilib. Yanğından sonra 8 nəfər xəstəxanaya yerləşdirilib.
XalqTV.com
RƏYLƏR