idman

Rus idmançıların olimpiadada neytral statusda çıxış etmələrinə icazə verildi

  • 12 Dec 2017
  • 263 baxış

Rusiya Olimpiya Komitəsinin Olimpiya yığıncağı yerli idmançıların 2018-ci il Qış Olimpiya Oyunlarında neytral statusda çıxış etmək istəkləri ilə bağlı bəyanatını dəstəkləyib.

XalqTV.com report-a istinadən xəbər verir ki, müvafiq qərar yekdilliklə qəbul olunub. Pxençxan-2018-də iştirak etməklə bağlı yekun qərarı hər bir idmançı özü verəcək.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də ölkə rəhbərliyinin idmançıların Qış Olimpiya Oyunlarında neytral statusda iştirakına mane olmayacağını bildirib.

>

Qeyd edək ki, Rusiya yığması 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb. Bununla belə, qan analizlərində dopinq tapılmayan idmançılar Oyunlarda neytral bayraq altında çıxış edə bilərlər. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR