idman

Bakıda keçiriləcək dünya çempionatının tarixi dəqiqləşdi

  • 12 Dec 2017
  • 244 baxış

2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəqiqləşib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, paytaxtımızda ilk dəfə keçiriləcək mundial sentyabrın 20-də start götürəcək.

Yarış 8 gün davam edəcək. Artıq Beynəlxalq Cüdo Federasiyası bunu təsdiqləyib və yeni ilin təqvimində rəsmiləşdirib.

>

Mundialın paytaxtımızda olması isə "Böyük Dəbilqə"nin başqa şəhərə verilməsi ilə nəticələnib. Bu dəfə yarış Almaniyanın Düsseldorf şəhərinə etibar edilib. Halbuki, bir qədər öncəyə qədər turnirin mayın 11-13-də Bakıda keçiriləcəyi açıqlanmışdı. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR