idman

Türkiyəli tamaşaçı: "IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub"

  • 22 May 2017
  • 219 baxış

"Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub".

XalqTV.com bildirir ki, bunu  Trend-ə  Bakıya IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gəlmiş türkiyəli Yavuz Selimhan Gedik deyib.

O, Azərbaycanın çox gözəl təşkilatçılıq nümayiş etdirdiyini bildirib:

"Bəzi yarışlarda tamaşaçı oldum. Çox bəyəndim. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan və Türkiyə qələbə qazandı. Fərqi yoxdur - Azərbaycan, ya Türkiyə, hər ikisi birdir. Azərbaycanın da qələbəsinə sevinirik".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR