idman
Keyn bu il 50-yə çatdı
"Tottenhem" İngiltərə Premyer Liqasının 16-cı turunda "Stok Siti"ni 5:1 hesabıyla məğlub edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu oyunda dubla imza atan Harri Keyni 2017-ci ildə vurduğu qolların sayını 50-ə çatdırıb. 24 yaşlı hücumçu milli komanda və klubda 48 oyun keçirib. Hələ ki, bu il Keyndən daha çox Robert Levandovski (52 oyun, 52 qol), Lionel Messi (61 oyun, 52 qol), Kriştanu Ronaldu (57 oyun, 51 qol) və Edinson Kavani (59 oyun, 51 qol) fərqlənib.
XalqTV.com
>RƏYLƏR