İqtisadiyyat

Türkiyədə dizelin qiyməti qaldırılır

  • 22 May 2017
  • 279 baxış

Türkiyədə dizel yanacağının 1 litrinin qiyməti 9 kuruş artırılır.

XalqTV.com report.az-a istinadən bildirir ki, yeni qiymət bu gecədən etibarən tətbiq olunacaq.

Ankarada 1 litri orta hesabla 4,49 lirədən (2,14 manat) satılan dizel yanacağının 1 litrinin qiyməti dəyişiklikdən sonra 4,58 lirə (2,18 manat) olacaq.

Dizel yanacağının 1 litrinin qiyməti İstanbulda 4,44 lirədən (2,11 manat) 4,53 lirəyə (2,16 manat), İzmirdə 4,46 lirədən (2,12 manat) 4,55 lirəyə (2,17 manat) qalxacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR