idman

"Mourinyonun göz yaşları saxta deyildi"

  • 11 Dec 2017
  • 279 baxış

"İnter"in sabiq prezidenti Massimo Moratti klubda 20 illik fəaliyyətinə həsr olunmuş avtobioqrafik kitabını təqdim edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italyan funskioner 2008-2010-cu illərdə "İnter"i çalışdıran Joze Mourinyo haqqında da yazıb. 

"Çempionlar Liqasının finalı macəranın sonu idi. Biz "İnter" azarkeşi kimi çətinlikləri geridə qoymağı finalın nəticəsindən daha çox qiymətləndirdik. Bundan sonra qələbəmizi ürək dolusu qeyd edə bimədik. Çünki Mourinyo tezliklə komandanı tərk etdi. Bir il əvvəl Mourinyo "Real Madrid"in onunla maraqlandığını mənə demişdi. Sonra bu təkrarlandı. İnsanları məhbus kimi saxlaya bilməzsiniz. Amma "Santiago Bernabeu"da keçirilən Çempionlar Liqası finalından sonra Florentino Perezin ("Real"ın prezidenti) stadion ətrafında Jozeni avtomobilində gözləməsi xoş deyildi. Mourinyo bacarsaydı, "İnter"də qala biləcəyini demişdi. Ondan qərarını tamamilə müstəqil şəkildə verməsini istədim. Mourinyonun "İnter"dən gedəndə axıtdığı göz yaşları saxta deyildi. Bu günə qədər ondan "İnter"i dəstəklədiyini eşitmək məni məmnun edir".

>

Portuqaliyalı mütəxəsis 2010-13-cü illərdə "Real Madrid"də çalışdırqdan sonra yenidən "Chelsea"yə qayıtmış və 2015-ci ildə komandanın uğursuz çıxışı səbəbindən istefaay göndərilmişdi. O, 2016-cı ilin yayında "Manchester United"ə baş məşqçi təyin olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR