idman
"Komanda yoldaşlarım və baş məşqçimiz püşkatmada bəxtimizə "Beşiktaş"ı arzu edir"
"Çelsi"nin kapitanı Qari Keyhill Çempionlar Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri barədə açıqlama verib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü 1/8 finalda "Beşiktaş"la qarşılaşmaq istəmədiyini deyib. Keyhill PSJ və ya "Barselona"dan biri ilə qarşılaşmaq istəyir:
"Komanda yoldaşlarım və baş məşqçimiz püşkatmada bəxtimizə "Beşiktaş"ı arzu edir. Ancaq mən "Barselona" və ya PSJ-ni istəyirəm. İrəliləmək istəyiriksə, bu yolda "Barselona" və ya PSJ ilə qarşılaşacağıq. İndi və ya sonra düşməyin bir fərqi yoxdu. "Beşiktaş" da olduqca təhlükəli rəqibdi. Qrupu lider kimi başa vurublar".
>Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması dekabrın 11-də keçiriləcək.
XalqTV.com
RƏYLƏR