idman

"Komanda yorğun görünürdü"

  • 10 Dec 2017
  • 275 baxış

"Çelsi" Premyer Liqanın 16-cı turunda "West Ham United"ə minimal hesabla uduzmaqla çoxlarıı təəccübləndirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "zadəganlar"ın baş məşqçisi Antonio Konte məğlubiyyətin səbəbini futbolçuların yorğunluğu ilə əlaqələndirib. 

>

"Yenilgi həmişə insanı məyus edir. Bu normaldır. "West Ham" ötən tur "Manchester City" ilə oynadığı kimi oynadı. Oyuna yaxşı başlamadıq, komanda yorğun görünürdü. Topu sürətlə hərəkət etdirmək lazım idi. Xüsusilə son ötürmələrdə xeyli səhvlərə yol verirdik. Çox qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Premyer Liqanın çətin çempionat olduğunu unutmaq olmaz. İlk altılıq"da qərarlaşan 4 komanda Çempionlar Liqasında mübarizə aparır. Biz yaxşı oynayıb əlimizdən gələni etməliyik". 

XalqTV.com
 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR