idman
Abdullayev Kipr klubuna qələbə qazandırdı - VİDEO
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Kiprin "Anortosis" klubunun heyətində növbəti qolunu vurub.
Hücumçumuz çempionatın XV turunda "Alki" ilə ev oyununda fərqlənib. Start heyətində meydana çıxan A.Abdullayev ikinsi hissəyə əlavə edilən vaxtda-91-ci dəqiqədə möhtəşəm qola imza atıb.
Bu qol sayəsində "Anortosis" 2:1 hesablı əzmkar qələbə qazanaraq, 33 xalla yenidən liderliyə yüksəlib.
Qeyd edək ki, bu, Araz Abdullayevin "Anortosis"in heyətində ikinci qolu olub.
>XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
RƏYLƏR