idman

İngiltərədə gözlər Liverpul və Mançester derbilərində

  • 10 Dec 2017
  • 282 baxış

Bu gün İngiltərə Premyer Liqasında XVI tura start veriləcək.

XalqTV.com-ın apasport.az-a istinadən məlumatına görə, ilk gündə zirvədəki komandalardan "Çelsi" və "Tottenhem" meydana çıxıb.

"Zadəganlar" turun açılış matçında "Vest Hem"in qonağı olub, "Tottenhem" "Stok Siti"ni qəbul edib.

Liderlər qrupuna yaxınlaşmağa çalışan "Arsenal" sabah "Sauthempton"la səfərdə üz-üzə gəlib. "Liverpul" isə Mersisayd derbisində "Everton"u qonaq edəcək.

Turun mərkəzi qarşılaşmasında Mançester derbisi baş tutacaq. İlk iki sıranı bölüşən "Mançester Yunayted"lə "Mançester Siti" "Old Trafford"da münasibətlərinə aydınlıq gətirəcəklər. "Qırmızı şeytanlar" liderlə aradakı xal fərqini azaltmaq, "şəhərlilər" isə ən yaxın izləyicisindən bir qədər də uzaqlaşmaq niyyətindədi.

İngiltərə Premyer Liqa

XVI tur

9 dekabr

"Vest Hem" - "Çelsi" - 1:0

Qol: Arnautoviç, 6

"Bernli" - "Uotford" - 1:0

Qol: Arfild, 45

"Kristal Pelas" - "Bornmut" - 2:2

Qollar: Miliviyoviç, 41, Dann, 43 - Defo, 10, 45+3

>

"Haddersfild" - "Brayton" - 2:0

Qollar: Munye, 12, 43

"Suonsi" - "Vest Bromviç" - 1:0

Qol: Boni, 81

"Tottenhem" - "Stok Siti" - 5:1

Qollar: Şakross, 21 (avtoqol), Son, 53, Keyn, 54, 65, Eriksen, 74 - Şakross, 80

"Nyukasl" - "Lester" - 2:3

Qollar: Joselu, 4, Qeyl, 73,  - Mahrez, 20, Qrey, 60, Perez, 86 (avtoqol)

10 dekabr

16:00. "Sauthempton" - "Arsenal"

18:15. "Liverpul" - "Everton"

20:30. "Mançester Yunayted" - "Mançester Siti"

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR