"Beşiktaş"ın qapıçısı: "Vətəni xilas etməmişəm, işimi görmüşəm"
Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Leypsiq" - "Beşiktaş" (1:2) oyununda 10 seyvlə diqqəti üzərinə çəkən Tolqa Zengin Türkiyə mətbuatına açıqlama verib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli qapıçı bunları deyib:
"Qəzetləri oxuyuram, televiziyaları izləyirəm. Ünvanıma təriflər baş alıb gedir. Hər birinə təşəkkür edirəm, amma biraz şişirdirlər. Vətəni xilas etməmişəm. Sadəcə işimi görməyə çalışdım. Sanballı məvacib alıram. Oynamıram deyə yatmalı deyiləm. Bir gün meydana çıxacam deyə müntəzəm çalışdım. Hamının, xüsusilə gənc həmkarlarımın belə etməyi lazımdır. Bəzən niyə oynamadığımı soruşurlar. Deyirəm: "Dostlar, Şenol Güneş təcrübəli məşqçidir. Deməli, seçimini daha yaxşının lehinə edir. Ağılsız deyil ki, pis oyunçunu meydana buraxsın. Fabri çox yaxşı oynayır, haqqını yeməyək. Təkrar edirəm, Vətəni qurtarmamışam".
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində