idman

Sevgilisi Ronaldunu belə təbrik etdi - FOTO

  • 08 Dec 2017
  • 256 baxış

Futbolçu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqez onu 5-ci dəfə "Qızıl top"un sahibi olduğu üçün təbrik edib.

XalqTV.com axşam.az-a istinadən bildirir ki, Corcina Ronaldu ilə çəkilmiş fotosunu İnstaqram səhifəsində yerləşdirərək yazıb:

"Heç vaxt arzularından vaz keçmə. Bu sənin 5-ci "Qızıl top"undur. Sənin yanında olduğum üçün çox xoşbəxtəm. Səni çox sevirəm". 

>

Qeyd edək ki, Corcina bu ilin noyabrın 12-də Ronaldudan Alana Martina adlı qız övladı dünyaya gətirib. Alanadan başqa Ronaldunun surroqat ana vasitəsilə dünyaya gəlmiş 7 yaşlı oğlu və 3 aylıq Yeva və Mateo adlı əkizləri var. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR