"Qarabağ" qış fasiləsinə 6 xallıq fərqlə yollandı - YENİLƏNİB
20:59
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, çempionatın bu il keçirilən son qarşılaşmasında "Səbail" və "Qarabağ" üz-üzə gəlib.
IV turdan təxirə salınan qarşılaşma "Bayıl Arena"da baş tutub.
Qış çempionluğunu vaxtından əvvəl təmin edən "Qarabağ" bu görüşdə də qalib gələrək, ardıcıl 6-cı qələbəsini qazanıb. Ağdam klubunun 2:0 hesablı üstünlüyü ilə yekunlaşan qarşılaşmada qollara Pedro Enrike və Dani Kintana imza atıblar.
"Qarabağ" bu qələbə sayəsində Premyer Liqada qış fasiləsinə 6 xallıq fərqlə yollanıb.
Azərbaycan Premyer Liqası
IV turdan təxirə salınan oyun
8 dekabr (cümə)
"Səbail" - "Qarabağ" - 0:2
Qollar: Pedro Enrike, 57; Dani Kintana, 69 (p.)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Vüsal Əliyev
"Bayıl Arena"
---------
10:14
Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin son oyunu keçiriləcək.
XalqTV.com xəbər verir ki, IV turdan təxirə salınmış oyunda "Səbail" öz meydanında "Qarabağ"ı qəbul edəcək.
"Qarabağ" debütant üzərində qələbə qazansa, fasiləyə ən yaxın izləyicisi "Qəbələ"dən 6 xal öndə yollanacaq.
>Qeyd edək ki, bu komandalar arasında keçirilən son oyunda Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəsi ilə tamamlanıb.
Topaz Premyer Liqası
IV turdan təxirə salınmış oyun
8 dekabr
19:00. "Səbail" - "Qarabağ"
Bayıl Arena
Turnir cədvəli
Yer | Klublar | O | Q | B | M | T-F | X |
1. | Qarabağ | 13 | 11 | 1 | 1 | 23-6 | 34 |
2. | Qəbələ | 14 | 10 | 1 | 3 | 28-14 | 31 |
3. | Zirə | 14 | 9 | 3 | 2 | 23-11 | 30 |
4. | Sumqayıt | 14 | 6 | 2 | 6 | 17-17 | 20 |
5. | Neftçi | 14 | 5 | 1 | 8 | 17-16 | 16 |
6. | Səbail | 13 | 4 | 1 | 8 | 9-19 | 13 |
7. | Keşlə | 14 | 2 | 2 | 10 | 9-24 | 8 |
8. | Kəpəz | 14 | 2 | 1 | 11 | 10-29 | 7 |
Bombardirlər:
1. Baqali Dabo ("Qəbələ") - 9 qol
2. Mahir Mədətov ("Qarabağ") - 6 qol
3. Riçard Qadze ("Zirə") - 6 qol
4. Amil Yunanov ("Sumqayıt") - 5 qol
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində