idman
Qattuzo: "Futbolçular psixoloji baxımdan davamsızdır"
"Milan" Avropa Liqasının qrup mərhələsində keçirdiyi son oyununda "Rijeka" klubuna 0:2 hesabıyla uduzub. Matç ərzində "Rossoneri"nin rəqibin qapı çərçivəsinə dəqiq zərbəsi belə qeydə alınmayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Cennaro Qattuzo məğlubiyyəti şərh edərkən bunları deyib:
"Elə təsəvvür yaranır ki, meydanda mənfi bir şey baş verən kimi "Milan" yoxa çıxır. Bunun üzərində çalışmaq lazımdır. Deyəsən, futbolçular psixoloji baxımdan davamsızdır.
>Biz oyunlara başqa cür hazırlaşmalıyıq. "Milan"ın formasıı geymisənsə, ona hörmət etməlisən. Məni məyus edən budur. Xorvatiyaya uduzmaq üçün gəlməmişdik. Komanda neqativ tendensiya və mentaliteti dəyişməlidir".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR