idman

Perunun kapitanı 1 illik diskvalifikasiya olundu

  • 08 Dec 2017
  • 273 baxış

Peru millisinin kapitanı Xose Paolo Qerrero 2018-ci il dünya çempionatında iştirak etməyəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvard 1 il müddətinə futboldan kənarlaşdırılıb. Onun qanında kokain metaboliti - benziolekqonin aşkarlanıb. Bu, Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan olunmuş preparatlar siyahısına salınıb. Qerrero qan testini Argentina ilə DÇ-2018-in seçmə mərhələsində keçirillən oyundan sonra (5 oktyabr) vermişdi.

Diskvalifikasiya noyabrın 3-dən qüvvəyə minmiş sayılır. Təcrübəli hücumçu həmin vaxt, ilkin olaraq futboldan 30 gün müddətinə kənarlaşdırılmışdı. Qeyd edək ki, Peru 1982-ci ildən sonra ilk dəfə mundiala vəsiqə qazanmışdı. 

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR