Siyasət
Bu ölkəyə xarici valyuta aparıb-gətirmək sadələşdirildi
2018-ci il yanvarın 1-dən Özbəkistana 2000 dollar ekvivalentində pul keçirmək və ölkədən bu məbləğədək pul çıxarmaq üçün fiziki şəxslərin icbari bəyannamə vermə qaydası ləğv edilir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin "Fiziki şəxslər tərəfindən ölkəyə nağd xarici valyutanın gətirilməsi və ölkədən çıxarılması qaydalarının sadələşdirilməsi" haqqında fərmanında deyilir.
Yeni fərmana əsasən fiziki şəxslər Özbəkistana 2000 dollardan çox pul keçirəcəyi təqdirdə bəyannamə verəcəklər.
Bundan başqa, bu fərmanla Özbəkistandan bəyannaməsiz çıxarıla bilən maliyyə vəsaitinin həcmi 5000 dollar ekvivalentində müəyyən edilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR