idman

Məşhur futbolçunun oğlu debüt oyununda penalti dəf etdi - VİDEO

  • 08 Dec 2017
  • 264 baxış

Almaniya milli komandasının sabiq futbolçusu və baş məşqçisi Yurgen Klinsmannın oğlu debüt oyununda penaltini dəf edib.

XalqTV.com report-a istinadən xəbər verir ki, Almaniya "Herta"sının formasını geyinən Conatan Klinsmann Avropa Liqasının VI turunda İsveçrənin "Ostersun" komandası ilə ev matçında bacarığını nümayiş etdirib.

O, Berlin klubunun heyətində çıxdığı ilk görüşün 87-ci dəqiqəsində hesab 1:1 olan zaman qonaqların iranlı futbolçusu Brva Nurinin 11 metrlik cərimə zərbəsini zərərsizləşdirib.

Qarşılaşma elə bu hesabla bitib. Nəticədə "Ostersun" 11 xalla J qrupunu lider kimi yox, qrup ikincisi kimi mərhələ adlayıb. "Herta" isə qrupu 5 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, Conatan Klinsmann ABŞ-ın 20 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.

>

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR