İlin ən güclü pleymeykeri açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ən güclü kişi və qadın pleymeykerinin adını açıqlayıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, keçirilən sorğunun qalibləri "Barselona"nın üzvləri olub.
Kişilər arasında 247 səslə bütün rəqiblərini böyük fərqlə qabaqlayan Lionel Messi ardıcıl 3-cü dəfə bu mükafata layiq görülüb. Argentinalı futbolçu ən yaxın izləyicisi olan "Real"lı Toni Kroosdan təxminən 3 dəfə çox səs toplayıb. İlk "üçlüy"ü "Real"ın digər üzvü Luka Modriçlə yayda "Barselona"nı PSJ-yə dəyişən Neymar qapayıb.
Qadın futbolçulardan isə "Rozenqard"dan "Barselona"ya keçən Like Martens 165 səslə birinci olub. Onu 2016-cı ilin qalibi Cennifer Marojan və 2012-ci ildə ən yaxşı pleymeyker seçilən əfsanəvi Marta izləyib.
Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev qalibləri doğru müəyyənləşdirib. Əməkdaşımızın kişilər arasında ikinci yerə layiq bildiyi Luka Modriç 3-cü, üçüncü hesab etdiyi Kevin De Bruyne isə 5-ci olub.
>Xeyrullayevin qadın futbolçulardan üçüncü göstərdiyi Cennifer Marojan 2-ci yeri, ikinci saydığı Karli Lloyd isə 4-cü yeri tutub.
Kişilər:
1. Lionel Messi (Argentina, "Barselona") - 247 səs
2. Toni Kroos (Almaniya, "Real") - 90
3. Luka Modriç (Xorvatiya, "Real") - 81
3. Neymar (Braziliya, "Barselona"/PSJ) - 81
5. Kevin De Bruyne (Belçika, "Mançester Siti") - 53
6. İsko (İspaniya, "Real") - 36
7. Andres İnyesta (İspaniya, "Barselona") - 29
8. Filipp Koutinyo (Braziliya, "Liverpul") - 17
9. Paolo Dibala (Argentina, "Yuventus") - 16
10. Kristian Eriksen (Danimarka, "Tottenhem") - 14
Qadınlar:
1. Like Martens (Hollandiya, "Rozenqard" / "Barselona") - 165 səs
2. Cennifer Marojan (Almaniya, "Lion") - 98
3. Marta (Braziliya, "Rozenqard", "Orlando") - 80
4. Karli Lloyd (ABŞ, "Hyuston", "Mançester Siti") - 78
5. Pernilla Harder (Danimarka, "Volfsburq") - 60
6. Kamille Abili (Fransa, "Lion") - 59
7. Meqan Rapinoe (ABŞ, "Sietl") - 19
8. Ceki Qrunen (Hollandiya, "Frankfurt") - 16
9. Şirli Kruz Trana (Kosta-Rika, PSJ) - 15
9. Samanta Kerr (Avstraliya, "Skay Blu") - 15
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində