Siyasət

İstanbulda QİƏT sammitində yekun bəyannamə qəbul edildi

  • 22 May 2017
  • 216 baxış

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr İstanbul sammitində təşkilatın məqsədləri və gələcək inkişafına dair yekun bəyannmə qəbul ediblər.

XalqTV.com report-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Sammit təşkilat və təşkilata üzv ölkələr arasında ən yüksək səviyyədə ikitərəfli qarşılıqlı əlaqələr ilə bağlı məsələləri nəzərdən keçirib. Təşkilata üzv bütün dövlətlər təşkilatın məqsədləri və gələcək inkişafına dair yekun bəyannməni qəbul edib", - o deyib.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və təşkilata 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Görüşdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR