idman

"Roma" "Qarabağ"a qol vuran futbolçu ilə müqavilə bağladı

  • 07 Dec 2017
  • 252 baxış

İtaliyanın "Roma" klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb.

XalqTV.com report-a istinadən xəbər verir ki, 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, D.Perotti 2016-cı ilin yanvarında "Cenoa"dan "Roma"ya keçib. O, dekabrın 5-də İtaliyada "Qarabağ"a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR