Dünya

Formula 1-in növbəti mövsümü üçün təqvimi açıqlandı

  • 07 Dec 2017
  • 287 baxış

Dünya Avtomobil İdman Şurası Formula 1in 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, mövsüm 21 mərhələdən ibarət olacaq. İlk yarış martın 25-də, son yarış isə 25 noyabrda keçiriləcək. Azərbaycan Qran-prisi aprelin 29-a təsadüf edəcək. İlkin təqvimlə müqayisədə Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı Bəhreyndə, ardınca isə Çində keçiriləcək.

Formula -1. 2018-ci il mövsümü üçün təqvim

25 mart -Avstraliya Qran-prisi
8 aprel - Bəhreyn Qran-prisi
15 aprel - Çin Qran-prisi
29 aprel - Azərbaycan Qran-prisi
13 may - İspaniya Qran-prisi
27 may - Monako Qran-prisi
10 iyun - Kanada Qran-prisi
24 iyun - Fransa Qran-prisi
1 iyul - Avstriya Qran-prisi
8 iyul - Böyük Britaniya Qran-prisi
22 iyul - Almaniya Qran-prisi
29 iyul - Macarıstan Qran-prisi
26 avqust - Belçika Qran-prisi
2 sentyabr - İtaliya Qran-prisi
16 sentyabr - Sinqapur Qran-prisi
30 sentyabr - Rusiya Qran-prisi
7 oktyabr - Yaponiya Qran-prisi
21 oktyabr - ABŞ Qran-prisi
28 oktyabr - Meksika Qran-prisi
11 noyabr - Braziliya Qran-prisi
25 noyabr - Abu-Dabi Qran-prisi

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR