Siyasət
Avropa Parlamenti: "Azərbaycan Avropa ilə müsəlman dünyası arasında körpü ola bilər"
Biz dünyəvi müsəlman ölkəsi kimi din azadlığının təmin olunmasında mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan Azərbaycanın əhəmiyyətini yaxşı anlayırıq.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.
O qeyd edib ki, Azərbaycan Avropa, müsəlman dünyası və Asiya arasında bir körpü rolunu oynaya bilər:
"Ona görə də Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi dərinləşdirməliyik".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR