SAĞLAMLIQ

"Doğuşun baş verməsi üçün..."

  • 06 May 2017
  • 45847 baxış

Doğuş bəşəriyyətin son dərəcə sirli və heyrətləndirici hadisəsidir

Uşaq sahibi olmağa qərar verilən ilk andan etibarən yaşanan həyəcanlar doğuş günü yaxınlaşdıqca artmağa başlayır və doğuşun ilk əlamətləri ilə birlikdə maksimum həddə çatır. Hər şey sona çatdıqda ana və atanın dünyadakı ən mühüm əsəri olan körpə qucağa alındıqda yaşanan bütün sıxıntılar, çəkilən ağrılar təsviri mümkün olmayan bir xoşbəxtliklə əvəzlənir.

XalqTV.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib.

Həkim deyib: "Doğuş və ya başqa sözlə normal doğuş 20-ci hamiləlik həftəsini tamamlamış dölün uşaqlığın xaricinə qişalar və cifti ilə birlikdə atılmasını ifadə edir. İnsanlarda hamiləlik 280 gün davam edir, bütün hamiləliklərin sadəcə 5 faizə qədəri gözlənilən gündə sona çatır. Hamilə qadınların əksəriyyətində isə gözlənilən doğuş tarixindən təxminən bir həftəyə qədər əvvəl doğuş fəaliyyəti başlayır .Müntəzəm uşaqlıq yığılmalar, yəni sancı olaraq qəbul olunan hal ilə başlanan dövr doğuş fəaliyyəti adlanır.

Bir hamiləliyin normal yolla sonlana bilməsi üç əsas faktora bağlıdır. Bunlar uşaqlıq, uşağ və ananın çanaq sümüklərinə bağlı faktorlar olaraq qruplaşdırılır. Başqa sözlə desək, bu üç əsas amil güclər, yəni uşaqlığın yığılmaları, yol, yəni sümük quruluşu və yolçu-uşaqdır. Doğuşun baş verməsi üçün uşaqlıq müntəzəm fasilələrlə uşaqlıq boynunu aça bilmək üçün yığılmalıdır. Bu yığılmaların qarşısında uşaqlıq boynunun açılmasına mane olan bir vəziyyət olmamalıdır. Uşaqlıq açıldıqdan sonra davam edən yığılmalar uşağı uşaqlıq xaricinə yönləndirəcəkdir. Bunun təmin olunması üçün körpə uyğun vəziyyətdə olmalı və yenə də qarşısında bir əngəl olmamalıdır. Son olaraq körpənin keçəcəyi yol ilə özü arasında bir uyğunsuzluq olmamalıdır. Misal üçün, körpənin köndələn və ya çəp vəziyyətdə olduğu hallarda bu yoldan keçməsi mümkün deyil. Belə bir vəziyyətdə normal doğuş baş verməyəcək. Əgər vaxtında kesar kəsiyi əməliyyatına qərar verilməzsə ana və uşağın həyatını təhlükəyə ata biləcək arzuolunmaz fəsadlar ortaya çıxa bilər. Əksər hallarda doğuşun yaxınlaşdığının ilk əlamətləri qeyri-müntəzəm yığılmalar və xalq arasında nişan gəlməsi olaraq bilinən vəziyyətdir. Uşaqlıq boynu bütün hamiləlik boyunca selikli tıxac ilə tutulmuş vəziyyətdədir. Bu tıxac körpəni xarici təsirlərə qarşı qoruyur. Doğuş fəaliyyətinin başlanmasından bir qədər əvvəl uşaqlıq boynunda yüngül açılma olur və bu tıxac qanlı bir axıntı şəklində bədəndən xaric olur.

Doğuşun digər erkən əlamətlərindən biri də qeyri-müntəzəm uşaqlıq yığılmalarıdır. Qadın bu yığılmaları ağrı kimi hiss edir. Yalançı doğuş sancıları adı verilən bu yığılmalar istirahət ilə keçib-gedir, tezlik və şiddəti zaman keçdikcə artmır. Suyun axması doğuşun digər əlamətidir. Əksər hallarda amnion qişası açıldıqdan sonra 24 saat içində doğuş fəaliyyəti başlayır.

Doğuşu başladan faktorların nə olduğu, ananın orqanizminin dölün formalaşmasını anlaması, sancıları başladaraq doğuşu həyata keçirən amillərin hansılar olduğu müasir dövrümüzdə də tam öyrənilməyib. Bu mövzuda çoxlu teoremlərin olmasına baxmayaraq doğuş prosesi hələ də tam izah olunmayıb.

Doğuş əsas üç dövrə bölünür. Birinci dövr uşaqlıq boynunda açılmaya səbəb olacaq gücdə yığılmaların başlanmasından uşaqlıq boynunun tam açılmasına, ikinci dövrü tam açıqlıq vəziyyətindən uşağın doğulmasına qədər keçən müddətdir. Uşağın doğulması ilə cift və qişaların xaric olmasına qədər keçən müddətə isə doğuşun üçüncü dövrü deyilir. Bəzi müəlliflərə görə üçüncü dövrdən sonrakı ilk bir saatlıq müddət dördüncü dövr adlandırılmalıdır.

Ümumiyyətlə doğuş bəşər tarixinin başlanğıcından bəri həkim və həkim olmayan bütün insanlar üçün son dərəcə sirli və heyrətləndirici bir hadisədir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45848 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 722 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 735 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 713 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 803 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO