Siyasət

Elmar Məmmədyarovun Nalbandyanla görüşü başa çatdı - YENİLƏNİB

  • 06 Dec 2017
  • 359 baxış

23:40

Viyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirilən görüşü başa çatıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Tvitter" səhifəsində yazıb.

----------

21:18

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşür.

XalqTV.com bildirir ki, bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR